Usta Temir şirkəti haqqında ətraflı məlumat - Ustatemir.az
Usta Temir xidmeti haqqında

USTA TƏMİR şirkəti haqqında

Usta Təmir şirkəti qısa müddətdə fəaliyyət göstərməyinə baxmayaraq çox sayda məmnun müştəri qazanmağa nail olmuşdur. Hər bir razı qalmış müştəri bizim üçün UĞURDUR!

Şirkətimizlə çalışmaq istəyən ustalara və mütəxəssislərə qarşı ciddi tələblər irəli sürürük. Seçim zamanı öz sahəsi üzrə təhsilinin olması, uzun müddətli təcrübəyə malik olması və işinə məsuliyyətlə yanaşması kimi cəhətlərə üstünlük veririk. Hər bir təmir işinə göndərilən ustalarımız xüsusi təlimatlandırılaraq göndərilir.

İşimizi bir prinsip əsasında qurmuşuq – hər bir MÜŞTƏRİ bizə YENİ MÜŞTƏRİ qazandırmalıdır. Bunu etmək üçün işimizə vicdanla yanaşmaq kifayət edir.

    ZƏMANƏT VERİRİK

  • Müştəri qarşısında maliyyə zəmanəti
  • Üstün keyfiyyət və sənətkarlıq
  • Təqdim etdiyimiz Layihələrdə üstün Keyfiyyət
  • Vaxtında təhvil verilmə
  • Hər büdcəyə uyğun təkliflərin verilməsi
  • Müştəri məmnuniyyətinin əsas meyar olması

FƏRQLİ ÇALIŞIRIQ

Rəqiblərimizlə müqayisə olunmayan xidmət göstərmək üçün keyfiyyətli işləmə, üstün bilik və aşağı qiymətləri birləşdiririk.

VAXTINIZA QƏNAƏT EDİN

Layihənin fasiləsiz işləməsi üçün təcrübəmiz, kadrlarımız və mənbələrimiz var. Hər bir işin vaxtında yerinə yetirilməsini təmin edə bilərik.

PLANLI VƏ DAVAMLI

Bizimlə çalışmaq diqqətlə planladığımız bir sıra addımları əhatə edir. Sadiq qaldığımız bir cədvəl və gündəlik ünsiyyət ətrafında birləşərək çalışırıq.

© Copyright 2020 UstaTemir.az