Elektrik ustası - Bakıda peşəkar səviyyədə usta xidmətləri - Ustatemir.az
Elektrik ustası gəlmədən naqillərə toxunmayın
Elektrik ustası alətləri

Elektrik ustası xidmətləri haqqında

Elektrik ustasına nə ehtiyac var? Yanmış lampanı özünüz dəyişə bilirsiz və bu çox asandır? “Əlbəttə! Bu, çox asandır!” – Deyəcəksiniz. Amma elektrik açarında qığılcım əmələ gəlirsə, çilçıraq işləmirsə və razetkaların quraşdırılmasına ehtiyac yaranıbsa, bu halda təbii ki təcrübəli bir elektrik ustaslna müraciət etməyiniz daha məqsədəuyğundur.

Belə anlarda USTA TƏMİR şirkəti hər zaman Sizin köməyinizə çatacaq!

Elektrik ustasına ehtiyac var?

Mənzillərinizdə təmir nə qədər müasir olsa da, elektrik naqilləri və ya elektrik cihazlarınız ilə bağlı hər zaman nasazlıqlar yarana bilər. Əgər yeni tikililərdə elektrik naqillərini təmir etmək, çilçırağı, lampaları, işıqlandırmaları və digər avadanlıqları qoşmaq lazım olursa, köhnə tikililərdə isə artıq onları yeniləri ilə əvəz etmək tələb olunur.

Peşəkar ustalarımız istənilən yerlərdə razetkanın təmirindən tutmuş elektrik naqillərinin təmirinə qədər istənilən çətinlikdə olan məsələləri həll edə bilərlər.

Elektrik ustasının evə çağırılması

Hər hansı bir avadanlığı sıradan çıxarmaq onu təmir etməkdən hər zaman daha asandır. Hətta Siz bu sahədə çox dərin biliklərə yiyələnsəz belə, peşəkar bir mütəxəssisdə olan bacarıq və xüsusi bilikləri əldə edə bilməyəcəksiz və bu bacarıq və biliklərin olmaması pis nəticələrə gətirib çıxara bilər.

Elektrik quraşdırma işlərini özünüzün yerinə yetirməyiniz çox risklidir, çünki ən xırda səhv elektrik naqillərin alışmasına gətirib çıxara bilər. Bu növ təmirə edilən cəhdlərin nəticəsi hər kəsə məlumdur.

  • İlk növbədə Sizin sağlığınız və məişət texnikanızın sazlığı üçün təhlükəli addımdır.
  • Sizin özfəaliyyətiniz Sizə elektrik ustası xidməti üçün ayıracağınız məbləğdən daha baha başa gələ bilər.

Hər hansı xırda nasazlıq yarandığı halda elektrik ustası çağırın ki, sonradan bütün elektrik sistemi sıradan çıxmasın. Şirkətimiz göstərdiyimiz bütün xidmətlərə görə məsuliyyət daşıyır və gördüyümüz işlərin keyfiyyətinə tam zəmanət veririk!

Elektrik quraşdırma işləri

Elektrik quraşdırma işlərinə gərginlik altında görülən istənilən növ işlər aiddir. Əgər Siz elektrik quraşdırma işləri sifariş edirsinizsə, Sizə layihəni və onun icra edilmə parametrlərini təqdim etməlidirlər. Mənzillər üçün elektrik quraşdırma işlərinin layihəsi sadədir, onu hər dəfə yenidən tərtib etməyə ehtiyac yoxdur və bu da öz növbəsində elektrik quraşdırma işlərinin qiymətinə təsir edir.

Sonradan görüləcək işlərin keyfiyyəti elektrik quraşdırma işlərinə dair işlənib hazırlanan layihənin dəqiqliyindən asılıdır. İcraçı işə başlamamışdan öncə iş müddətini, qiyməti və iş qrafikini dəqiqləşdirin.

Elektrik quraşdırma işlərinə başlamazdan əvvəl usta otaqda olan elektrik naqillərinin vəziyyətini yoxlamalıdır. Bu mərhələdə elektrik şəbəkəsinin parametrləri ölçülməlidir, belə ki, əksər hallarda köhnə elektrik naqilləri istismar tələblərinə uyğun gəlmir və bu halda onu yenisi ilə əvəz etmək lazım gəlir. Növbəti mərhələdə artıq elektrik quraşdırma işləri icra olunur, hansı ki, işin həcmindən asılı olaraq bir neçə mərhələdə aparıla bilər.

Yüksək səviyyədə elektrik quraşdırma işlərini şirkətimizə sifariş edə bilərsiniz. Biz mənzillərdə, ofislərdə və koteclərdə elektrik quraşdırma işləri görürük. İstənilən növ elektrik quraşdırma işlərini bizdə sifariş edə bilərsiniz. Biz öhdəmizə götürdüyümüz işi keyfiyyətli şəkildə və tez bir zamanda təhvil verəcəyik!

Elektrik naqillərinin təmiri

Mənzillərdə elektrik naqillərin dəyişdirilməsi və yeni tikililərdə yeni elektrik naqillərin aparılması üçün biz varıq. Biz bütün işləri qüsursuz yerinə yetirəcəyik!

Elektrik naqillərinin istənilən növ quraşdırılması prosesi 2 yerə, yəni əsas və hazırlıq işlərinə bölünür. Əgər elektrik naqillərinin quraşdırılması yeni tikililərdə olacaqsa, bu halda hazırlıq işlərinə aşağıda göstərilənlər aiddir:

  • İş çertyojlarının hazırlanması
  • Elektrik avadanlıqlarının quraşdırılacağı yerlərin nişanlanması
  • Kabellərin aparılacağı yerlərin nişanlanması

Elektrik naqillərinin dəyişdirilməsi zamanı quraşdırma sxemlərini və nişanlanan yerləri bilmək lazımdır.

Quraşdırmanın əsas mərhələsinə məftillərin, kabellərin çəkilməsi, elektrik avadanlığının quraşdırılması və lazımi birləşdirmələrin edilməsi aiddir. Elektrik naqillərinin quraşdırılması və təmiri dövlət tikinti normalarına uyğun aparılır.

Yalnız düzgün quraşdırma Sizi xoşagəlməz hallardan sığortalaya bilər. Bizim saytımıza müraciət edin, təcrübəli elektrik ustası xidmətindən istifadə edin!

Elektrik açarların quraşdırılması və təmiri

Mənzildə və ya evlərdə kompleks şəkildə elektrik quraşdırma işlərinin aparılması zamanı əsas mərhələlərdən biri də məişətdə daha çox “avtomat” adlandırılan elektrik açarının düzgün seçilməsi və quraşdırılmasıdır. Evdə avtomatların düzgün quraşdırılması özünüzü və yaxınlarınızı qısa qapanmalaradan və həddindən artıq gərginliyin yaranması hallarından qorunmağın ən etibarlı üsuludur.

Bu işlərə nələr aiddir?

Əksər hallarda məsuliyyətli ev sahibləri elektrik quraşdırma işlərini evin əsaslı surətdə təmiri zamanı aparırlar, bu halda razetkaların yerinin dəyişdirilməsinə, paltaryuyan maşın və ya elektrik plitəsi üçün əlavə elektrik xəttinin aparılmasına ehtiyac yarana bilər. Siz bu işləri bizə həvalə edin. Bizim ustalar elektrik açarlarının quraşdırılması, təmiri, diferensial qoruyucu avtomatların quraşdırılması və naqillərin, məftillərin müştəriyə uyğun vaxtda qoşulması ilə bağlı bütün işləri yerinə yetirirlər. Şirkət olaraq gördüyümüz işlərin keyfiyyətinə zəmanət veririk!

İşıqlandırma qurğularının quraşdırılması və təmiri

Evlərdə və ofislərdə elektrik quraşdırma işləri sistemin layihələndirilməsindən və onun funksional gərginlik göstəricilərini nəzərə almaqdan başlayır. İşıqlandırma qurğularının quraşdırılması avtomatların, transformatorların və əlavə elektrik naqillərinin quraşdırılmasını tələb edə bilər. Memarlıq, küçə, sənaye və ya landşaft işıqlandırmalarının yerləşdirilməsi fərdi incəlikləri və peşəkar məqamları nəzərdə tutur.

İşıqlandırma texnikalarının müasir bazarı özündə geniş seçimdə cihaz və onların dəstlərini birləşdirir, bu səbəbdən də quraşdırma işlərinə hazırlaşarkən lampaların spesifik xüsusiyyətlərini, görüntü səviyyəsini və optimal yerləşdirmə sxemlərini müəyyənləşdirmək lazımdır. Küçə işıqlandırması və ya daxili işıqlandırma nöqtələrinin layihələndirilməsi zamanı təcrübəli mühəndislər həm elektrik enerjisinə qənaət etmək imkanı yaradar, həm də “gözqamaşdırıcı” effekti əhəmiyyətli dərəcədə azaltmaqla istifadə edən şəxslər üçün komfort yaratmış olarlar.

İşıq texnikasının müasir normativ tələbləri nəzərə almaqla ən optimal şəkildə yerləşdirilməsi sifarişçiyə gələcəkdə yerli enerji təchizatı şirkəti ilə yarana biləcək mübahisəli hallardan uzaq olmağa və istənilən obyektin memarlıq xüsusiyyətlərini ön plana çəkməyə kömək edəcəkdir.

LED işıqların quraşdırılması və təmiri 

Bir neçə illər öncə evlərimizdə əsas işıq mənbəyi közərmə lampaları idi, hansı ki, bu lampaların əsas çatışmayan cəhəti enerjini istiliyə çevirməsi səbəbindən həddindən artıq enerji istifadə etməsidir.

Yeni texnologiya və kəşflər müasir ev sahiblərinə öz evlərini həm gözəl, həm parlaq, həm də qənaətli işıqlandırma sistemləri ilə təchiz etməyə imkan yaradır. İşıqlandırma tavan panelləri və ya divarların içərisində yerləşdirilir, tavanın işıqlandırılması üçün nəzərdə tutulan LED işıqların quraşdırılması isə çox vaxt almır, bunun üçün quraşdırma prosesini düzgün təşkil etmək və təcrübəli elektrik ustası dəvət etmək lazımdır.

Mütəxəssisin köməyi olmadan unikal və dəbli interyer yaratmaq çətindir. Lakin LED işıqlardan istifadə etməyiniz otağınızın fərdi layihəsinə sanki “rəng” qatacaq və hətt ən kiçik otağın görünüşünü belə daha iri göstərə bilər.

LED işıqlar innovativ məhsuldur və istehsalçıların təminatlarına baxmayaraq quraşdırma işlərinə peşəkar yanaşma tələb edir. LED işıqların quraşdırılma sxeminin seçimi zamanı əsas meyar işıq xətlərinin daha qısa kəsilməsidir, belə ki, 5 metrdən uzun olan xətlər işıqların istismar müddətini qısaldacaq və parlaqlığın, keyfiyyətin itməsinə səbəb olacaqdır.

    Sifariş formu

    Sifarişi göndərin biz zəng edək


      ZƏMANƏT VERİRİK

    • Müştəri qarşısında maliyyə zəmanəti
    • Üstün keyfiyyət və sənətkarlıq
    • Təqdim etdiyimiz Layihələrdə üstün Keyfiyyət
    • Vaxtında təhvil verilmə
    • Hər büdcəyə uyğun təkliflərin verilməsi
    • Müştəri məmnuniyyətinin əsas meyar olması


    Digər USTA XİDMƏTLƏRİNDƏN fərqimiz

    Usta Təmir şirkəti olaraq peşəkar ustalarla çalışırıq. Hər bir ustamız öz sahəsi üzrə ən azı 15 illik təcrübəyə malikdir. müştəriləri məmnun etmək üçün ustalarla mütəmadi ixtisas artırma və izahedici işlər aparılır.

    Hər sifarişə elə diqqətlə yanaşırıq ki, müştəri təkrar təkrar bizi seçsin. Cari, kompleks təmir və digər iri həcmli işlər zamanı sadəcə ustalar səviyyəsində iş aparılmır. Mühəndis, dizayner və digər mütəxəssislər cəlb olunur.

    © Copyright 2020 UstaTemir.az