Kildi ustası xidməti, qapı kilidlərinin təmiri və dəyişdirilməsi - Ustatemir.az
Kilid ustası qapı düzəldərkən
Qapı kilidi mürəkkəb mexanizmi

Kilid ustası xidmətləri haqqında

Qapı kilidləri bəzən xarab ola bilir. Bu, normal haldır. Kilid ustalarımız bunun öhdəsindən məharətlə gələ bilirlər. Düzəlməyən kilid yoxdur, varsa deməli onu artıq dəyişmək laızmdır.

Kilidlərin quraşdırılması və təmiri

Təmir etmək istəyirsiniz yoxsa yeni nəsil kilidlərin quraşdırılması barədə düşünürsünüz? Siz düzgün ünvana müraciət etmisiniz, saytımızda kilidlərin quraşdırılması və təmiri ilə bağlı istənilən suallara cavab tapa bilərsiniz.

Kilid bizim işimiz

Biz aşağıda göstərilən xidmətləri təklif edirik:

  • Qapıların quraşdırılması
  • Kilidlərin quraşdırılması
  • Metal qapıya taxma kilidlərin quraşdırılması
  • Taxta qapıya taxma kilidlərin quraşdırılması

Həmçinin:

  • Kilidlərin təmiri
  • Taxılan və taxılmayan kilidlərin dəyişdirilməsi

Müasir və etibarlı kilidlərin quraşdırılması kilidin quruluşuna yaxşı bələd olmağı və uzun illərin təcrübəsini tələb edir. Bundan başqa bu işi yerinə yetirmək üçün Sizə xüsusi alətlər lazım ola bilər. Bizim saytımıza müraciət etməklə bu problemləri unuda bilərsiniz. Metal qapılarla müqayisədə taxta qapılara kilid quraşdırmaq daha asandır. Müvafiq olaraq qiymətləri də fərqlidir.

Kilid ustası əslində dülgər sənətidir. Amma zamanla daha da mürəkkəbləşən qapı kilidi mexanizmləri bu işi ayrıca ustalığq çevirib.

Kilid nüvəsinin dəyişdirilməsi

Gündəlik həyatımızda hər birimiz qapıdan tez-tez istifadə etdiyimiz kimi, təbii ki qapının kilidindən də tez-tez istifadə edirik. İşə gedərkən mənzilin və evin qapısını bağlamaqdan başlayaraq ofislərin, istehsalat yerləri və anbarların bağlanmasına qədər qapının kilidlənməsi hər gün rastlaşa biləcəyimiz bir haldır. Qapı kilidlərini nə qədər tez-tez istifadə ediriksə, mexanizmin daha da tez xarab olma ehtimalı var və bu halda kilid nüvəsinin tez və etibarlı şəkildə dəyişdirilməsi lazım olur.

Kilid nüvəsinin dəyişdirilməsi çox asan xidmət hesab olunsa da, müvafiq məxfi mexanizmi seçmək və quraşdırmanı yerinə yetirmək üçün kifayət qədər təcrübə və bu sahədə bacarıq lazımdır. Metal qapıda kilid nüvəsinin qeyri-peşəkar dəyişdirilməsi qapının sıradan çıxmasına, sakinlərin içərdə qalmasına səbəb ola bilər və bu halda qapının sökülüb çıxarılması və qapının yenidən quraşdırılmasına ehtiyac yarana bilər.

Qapıda qalmayın, Usta Təmirə zəng et

Kifayət qədər təcrübə, müasir quraşdırma üsulları ilə tanışlıq ustalarımıza xüsusi və yüksək riskli mexanizmlərlə işləmə imkanı verir. Əgər qapıda qalmısınız və qapını sındırmaq istəmirsizsə kilid ustalarımız köməyinizə çatacaq.

Biz hər zaman görəcəyimiz işə zəmanət veririk və istənilən çətinlikdə olan təmir və quraşdırma işlərini yerinə yetiririk!

Sifarişə gələn ustalarımız ilk növbədə qapıda xarab olan kilid nüvəsinə vizual baxış keçirməklə onu yenisi ilə əvəz etmə üsulunu müəyyənləşdirəcəkdir. Əksər hallarda təcrübəli mütəxəssisə müraciət bir neçə saat ərzində təcili qapı quraşdırılmasına yaranan ehtiyacı aradan qaldıracaq!

    Sifariş formu

    Sifarişi göndərin biz zəng edək


      ZƏMANƏT VERİRİK

    • Müştəri qarşısında maliyyə zəmanəti
    • Üstün keyfiyyət və sənətkarlıq
    • Təqdim etdiyimiz Layihələrdə üstün Keyfiyyət
    • Vaxtında təhvil verilmə
    • Hər büdcəyə uyğun təkliflərin verilməsi
    • Müştəri məmnuniyyətinin əsas meyar olması


    Digər USTA XİDMƏTLƏRİNDƏN fərqimiz

    Usta Təmir şirkəti olaraq peşəkar ustalarla çalışırıq. Hər bir ustamız öz sahəsi üzrə ən azı 15 illik təcrübəyə malikdir. müştəriləri məmnun etmək üçün ustalarla mütəmadi ixtisas artırma və izahedici işlər aparılır.

    Hər sifarişə elə diqqətlə yanaşırıq ki, müştəri təkrar təkrar bizi seçsin. Cari, kompleks təmir və digər iri həcmli işlər zamanı sadəcə ustalar səviyyəsində iş aparılmır. Mühəndis, dizayner və digər mütəxəssislər cəlb olunur.

    © Copyright 2020 UstaTemir.az