Kombi ustası - Bakıda peşəkar səviyyədə usta xidmətləri - Ustatemir.az
Komnbi ustasının alətləri
Kombi ustası kombi təmirində

Kombi ustası xidmətləri haqqında

Kombi ustası dedikdə ilk ağlınıza gələn fikir nədir? Əlbəttə ki mənzillərinizdə, fərdi evlərinizdə, ofislərinizdə istilik sistemində baş verən nasazlıq zamanı ilk müraciət edəcəyiniz şəxs nəzərdə tutulur. Kombi istilik sistemi dedikdə isə, təbii ki qızdırıcı sistemlər kateqoriyasına aid avadanlıq başa düşülür. Bu avadanlıq həm bərk, həm də maye yanacaqla işləyə bilir. Onun ümumi elektrik şəbəkəsinə qoşula bilən modelləri də vardır. Kombi sistemləri texniki göstəricilərinə, displeyinə, idarəetmə panelinə və iş prinsipinə görə fərqlənir.

Bu avadanlıqlarla bağlı hər hansı bir nasazlıq aşkarladığınız təqdirdə nə etməlisiniz? Şübhəsiz ki ilk edəcəyiniz iş peşəkar bir kombi ustası dəvət etməkdir. Ünvana gələn kombi ustası yerindəcə avadanlığa baxış keçirməklə nasazlığın nədən ibarət olduğunu aydınlaşdıracaqdır. Nasazlığı müstəqil surətdə aradan qaldırmağa və təmir işlərini icra etməyə çalışmayın. Kombi sisteminin təmiri çox riskli bir məsələ hesab edilir. Dəvət edəcəyiniz usta çox tez bir zamanda baş verən nasazlığı aşkarlayacaq və diaqnostika sayəsində düzgün təmir üsulunu seçəcəkdir. Biz bir şirkət olaraq təbii olaraq peşəkar mütəxəssislərə müraciət etməyinizi məsləhət görürük.

Usta Təmir şirkəti kombi sistemlərinin quraşdırılmasını uğurla icra edir. Siz hər zaman istənilən növ və brenddən olan kombi sistemlərinin təmirini bizdə sifariş edə bilərsiniz. Biz bu işi etibarlı, keyfiyyətli və tez bir zamanda görməyi öz üzərimizə götürürük.

Kombini özbaşına təmir etməyiniz niyə təhlükəlidir?

Siz hansı səbəbdən kombinizi özbaşına təmir edə bilməzsiniz? Bu, əslində ritorik sualdır. Hər biriniz bilirsiniz ki, kombi elə bir avadanlıqdır ki, yüksək səviyyədə dəqiqlik tələb edən bir avtomatik sistemə malikdir və baş verən istənilən ehtiyatsızlıq onu sıradan çıxara bilər. Bəzən müstəqil surətdə diaqnostika etmək cəhdləri bütün idarəetmə blokunun dəyişdirilməsi ilə nəticələnə bilir.

Amma bu, hələ son deyil. Məsələ orasındadır ki, bu avadanlıqlarda yanacaq olaraq aşağıda göstərilənlərdən istifadə edilir:

  • odun və ya qaz
  • müxtəlif kimyəvi maddələr

Yuxarıda adı çəkilən elementlərdən hər biri ciddi təhlükə yarada bilər. Buraxılan kiçik bir səhv zədələnmələrə səbəb ola bilər. Məhz buna görə də kombi sistemlərinin təmirinə məsuliyyətlə yanaşmaq lazımdır və onun təmirini bu işin peşəkarlarına həvalə etmək lazımdır. Bu, daha təhlükəsiz, tez və daha keyfiyyətli olacaqdır.

Kombi ustası xidmətimizin üstünlükləri

Əgər Siz Bakı şəhərində yaşayırsınızsa və kombi təmirinə ehtiyacınız varsa, bu zaman Usta Təmir şirkətinə müraciət edin. Şirkətimiz bu sahədə artıq illərlə təcrübəyə malikdir. Kombi ustalarımız öz işlərinin peşəkarlarıdır. Rəqiblərimizlə müqayisədə bir çox üstünlüklərimiz var. Aşağıda göstərilənlər onlardan bəziləridir:

Kombi ustalarımızın üstünlükləri

  • peşəkar təcrübə;
  • hər bir konkret hal üçün nəzərdə tutulmuş universal və fərdi texniki həllərin işlənib hazırlanması;
  • aşağı qiymətlər (müştərinin büdcəsinə ən uyğun qiyməti seçirik);
  • əla reytinq – çoxlu müsbət rəy və tövsiyələrin olması;
  • unikal texniki həllər – lazım olduğu təqdirdə yeni bir üsul və ya çıxış yolu tapmağı bacarırıq.

Qeyd edək ki, bizim saytımız müştərilərə bu və ya digər xidmətlərə görə konkret qiymət təklif etmir. Çünki kombinin təmir qiyməti onun modelindən, nasazlığın dərəcəsindən, baxış yerinə qədər olan məsafədən və digər amillərdən asılıdır.

Ümumiyyətlə, elektrik şəbəkəsi, kanalizasiya və isitmə sistemi kimi sistemlərin işində heç bir nasazlıq baş verməməlidir. Çünki bu sistemlərdən hər biri öz növbəsində ev sakinlərini komfortlu şəraitlə təmin edir. Əgər isitmə sistemində hər hansı nasazlıq baş verirsə, sizin və ya qonşularınızın evini su basa bilər və sizin evinizdə müəyyən müddət ərzində istilik və su olmayacaqdır. Bu səbəbdən də kombi sisteminin təmiri bu sistemin işində çox vacib məsələlərdən biridir və zamanında həll edilməlidir.

Bizim məsləhətlərimizi nəzərə alsaz, Siz isitmə sisteminin təmiri və servisi ilə bağlı düzgün qərar qəbul edə bilərsiniz. Bunun üçün Siz kombinizi yalnız və yalnız peşəkarlara həvalə etməlisiniz!

Özünüz nə edə bilərsiz

Misal üçün, Siz aşağıda göstərilənləri müstəqil şəkildə özünüz də icra edə bilərsiniz:

  • havanın temperatur rejimini, həmçinin qaynar su verilişi parametrlərini tənzimləyə bilərsiniz;
  • batareyalardan havanın buraxılması üsulu ilə təzyiqinin çıxara bilərsiniz;
  • elektrik enerjisinin kəsildiyi təqdirdə qaz üçün nəzərdə tutulan klapanı aça bilərsiniz.

Qeyd etmək lazımdır ki, kombi sisteminizin effektiv və təhlükəsiz işləməsi üçün müntəzəm şəkildə onun servisini həyata keçirməlisiniz.

    Sifariş formu

    Sifarişi göndərin biz zəng edək


      ZƏMANƏT VERİRİK

    • Müştəri qarşısında maliyyə zəmanəti
    • Üstün keyfiyyət və sənətkarlıq
    • Təqdim etdiyimiz Layihələrdə üstün Keyfiyyət
    • Vaxtında təhvil verilmə
    • Hər büdcəyə uyğun təkliflərin verilməsi
    • Müştəri məmnuniyyətinin əsas meyar olması


    Digər USTA XİDMƏTLƏRİNDƏN fərqimiz

    Usta Təmir şirkəti olaraq peşəkar ustalarla çalışırıq. Hər bir ustamız öz sahəsi üzrə ən azı 15 illik təcrübəyə malikdir. müştəriləri məmnun etmək üçün ustalarla mütəmadi ixtisas artırma və izahedici işlər aparılır.

    Hər sifarişə elə diqqətlə yanaşırıq ki, müştəri təkrar təkrar bizi seçsin. Cari, kompleks təmir və digər iri həcmli işlər zamanı sadəcə ustalar səviyyəsində iş aparılmır. Mühəndis, dizayner və digər mütəxəssislər cəlb olunur.

    © Copyright 2020 UstaTemir.az