Kondisioner ustası - Bakıda peşəkar səviyyədə usta xidmətləri - Ustatemir.az
Kondisioner ustası isti yay günlərində köməyiizə çatacaq
kondisioner ustası kondisioner quraşdırılması

Kondisioner ustası xidməti haqqında

Kondisioner ustası yay fəslində çıraqla axtarılan ustalardandır. İsti havalarda sərinləmək və qışda qızmayan evləri qızdırmaq kondisionerin əsas funksiyasıdır.

Kondisionerlərin quraşdırılması və kondisioner ustasının xidmətləri

Kondisionerdən istifadə Sizə heç də ucuz başa gəlməyə bilər, lakin son zamanlar onun istifadəsi əvəzolunmazdır.  Misal üçün, Siz kondisioneri əldə etdiniz, bəs onu necə quraşdıracaqsınız? Kondisionerləri Sizə satan şirkətlərin əksəriyyəti onun quraşdırılmasını nəzərdə tutmur və hətta nəzərdə tutsa belə kondisionerlərin quraşdırılması kifayət qədər baha qiymətə başa gəlir. Bu halda Siz bizə müraciət etməlisiniz. Kondisionerlərin quraşdırılması xidmətlərinə böyük tələbət olan və çox geniş xidmət sahələrini əhatə edən ustatemir.az saytının təklif etdiyi xidmətlər sırasındadır.

Nəyə görə Siz kondisionerlərin quraşdırılması üçün məhz Bizə müraciət etməlisiniz?

Biz görəcəyimiz işi doğru şəkildə qiymətləndiririk və işimizi elə yerinə yetiririk ki, gələcəkdə Siz bizi öz tanışlarınıza, ətrafınızda olan şəxslərə tövsiyə edəsiniz və lazım olduğu halda təkrar bizə müraciət etmək istəyəsiniz. Bizim üçün müştəri məmnunluğu çox vacib bir şərtdir. Biz hər zaman Sizin istəklərinizi nəzərə alırıq və öz müştərilərimizlə nəzakətlə davranırıq. Bütün bunları nəzərə alaraq, Siz öz kondisionerlərinizi quraşdırmaq üçün bizə müraciət etməklə düzgün seçim etmiş olursunuz. Əməkdaşlarımız kondisioner ustası olaraq öz işlərinin peşəkarlarıdır.

Kondisionerlərin quraşdırılması nə qədər vaxt aparacaq?

Kondisionerləri 1 saat ərzində keyfiyyətli şəkildə quraşdırmaq qeyri-mümkündür. Kondisionerlərin quraşdırılması tikinti normaları və qaydalarına əsasən həyata keçirilməlidir. Buna baxmayaraq, kondisionerləri operativ şəkildə quraşdırmaq mümkündür, lakin bu, 3 saatdan tez olmayacaqdır. Belə ki, kondisionerlərin quraşdırılması zamanı xüsusi texnologiyalara riayət olunması tələb olunur, bura sistemin düzgün şəkildə vakuumlaşdırılması, divarın içində freon borucuqlarının izolyasiyası, həmçinin binanın fasad divarında kommunikasiyaların birləşdirilməsi və freon sızmasının yoxlanılması aiddir. Kondisioner montajının mərhələlərini nəzərdən keçirək.

Kondisioner ustası tərəfindən kondisionerlərin quraşdırılmasında əsas mərhələlər

İlk öncə kondisionerlərin quraşdırılacağı yer hazırlanmalıdır, bundan sonra divar deşilir, divarın içində kanal açılır və kondisionerin bayırda olan bloku birləşdirilir. Bundan sonra bəzən kondisionerin quraşdırılması prosesi dayandırıla bilər, belə ki, divarın malalanması, boyanması və ya divar kağızlarının yapışdırılması lazım gələ bilər.

Daha sonra kondisinerlərin quraşdırıılması aşağıda göstərilən işlərin icrasını nəzərdə tutur:

  • Kondisionerin daxili blokunun quraşdırılması
  • Kondisionerin bayırda olan və daxili blokları arasında kanalın montajı
  • Vakuumlaşdırmanın yerinə yetirilməsi
  • Bütün birləşən yerlərin hermetikliyinin yoxlanılması
  • Freonun işə salınması
  • Kondisionerin işinin yoxlanılması

Qeyd etmək lazımdır ki, kondisionerlərin quraşdırılmasının 2 növü vardır: standart və qeyri-standart

Kondisionerlərin standart quraşdırılması

Standart quraşdırma dedikdə, kondisioner montajının ən geniş yayılmış üsulu nəzərdə tutulur. Bu halda kondisionerlərin quraşdırılması üçün kommunikasiyaların, yəni xətlərin uzunluğu 3 metrdən çox olmalıdır. Otaqda kommunikasiyalar əsasən ağ rəngdə, 60 x 60 mm ölçüdə en kəsiyi, uzunluğu 1 metrə qədər olan dekorativ qutu ilə bağlanır. Qutu 5-7° mailliklə yerləşdirilir, bu, kondensatın axıdılması üçün lazımdır. Daxili blokdan drenaj borusunu bayıra çıxardırlar (kondensatın axıdılması üçün), bayırda olan blokdan isə çıxartmağa ehtiyac yoxdur.

Binanın fasad hissəsində kommunikasiyalar divar boyunca yerləşdirilir və kommunikasiyaların yerləşdirilməsi üçün dekorativ qutulardan istifadə olunmur. Elektrik kabelini isə 60 x 60 mm ölçüdə en kəsiyi, uzunluğu 2 metrə qədər olan dekorativ qutunun içərisində yerləşdirmək lazımdır. Kondisionerin daxili blokunu divarın üzərində, bayırda olanı isə pəncərənin altında yerləşdirirlər. Kanalın alt hissəsində divarda deşik açılması məsələsinə gəldikdə isə, divarın qalınlığı kərpic evlərdə 0,8, beton evlərdə isə 0,6 metri keçməməlidir.

Split-sistemli bu növ kondisionerlərin quraşdırılması üçün 3-6 saat tələb olunur.

Kondisionerlərin qeyri-standart quraşdırılması

Kondisionerlərin bu növ quraşdırılması sifarişçinin istək və tələblərini nəzərə almaqla icra edilir. Bu kondisioner ustasından xüsusi peşəkarlıq tələb edir. Kondisionerlərin qeyri-standart quraşdırılması zamanı bir neçə əlavə işlərin görülməsinə ehtiyac yarana bilər: bayırda olan kommunikasiyaların qutunun içərisinə yerləşdirilməsi, kommunikasiyaların ümumi uzunluğunun artırılması, kommunikasiyaların oyuq yerlərə yerləşdirilməsi və digər işlər.

Kondisionerin quraşdırılması üçün usta sifarişi

Kondisionerlərin quraşdırılması əsl peşəkarlara aid olan işdir.

Əgər Siz kondisionerlərinizin etibarlı şəkildə və normalara uyğun qaydada quraşdırılmasını istəyirsinizsə, bu halda ustatəmir.az saytında servis xidmətinə müraciət edin. Biz tez bir zamanda Sizin sorğunuza cavab verəcəyik və ustalarımız Sizə uyğun olan vaxtda yaxınlaşacaqlar. ustatəmir.az saytının servis xidmətinə müraciət etməklə kondisionerlərinizin quraşdırılması – keyfiyyətin zəmanətidir.

Kondisionerlərin təmizlənməsi, təmir və qulluq

Kondisioner ustasının əsas işlərindən biri kondisionerlərin təmiri, təmizlənməsi və qulluğudur. Kondisionerlərin təmizlənməsi və qulluq zəruri sayılan bir prosedurdur, sistem çirkləndikcə bunu vaxtaşırı icra etmək lazımdır. Kondisionerlərin doğru zamanda təmizlənməsi və qulluğu sistemin düzgün işləməsini təmin edəcək və nasazlıqların baş verməsinin qarşısını alacaqdır. Bu o deməkdir ki, Siz hər zaman təmiz və sərin hava ilə təmin olunacaqsınız.

Kondisionerlərin təmizlənməsi necə baş verir və bunu nə zaman etmək lazımdır?

Kondisionerlərin profilaktik olaraq təmizlənməsi və qulluğu şərti olaraq fiziki, termik və antibakterial təmizlənməyə bölünür. Fiziki təmizləməni hər bir şəxs edə bilər. Fiziki təmizləmə zamanı kondisionerin ön panelinin çıxarılır və filtrlər yuyulur. Belə təmizləməni 2-3 həftədən bir etmək lazımdır.

Kondisionerlərin termik təmizlənməsi dedikdə, istilik qurğusunun və digər çıxarıla bilməyən detalların yuyulması nəzərdə tutulur. Kondisionerin termik təmizlənməsi zamanı həmçinin antibakterial təmizləmə aparmaq da məsləhət görülür, bu proses zamanı əsas elementlər dezinfeksiyaedici məhlulla təmizlənir. Termik və antibakterial təmizlənmə hər mövsümdə bir dəfə aparılır. Lakin kondisioner gecə-gündüz işləyirsə, mətbəxdə və ya gec-gec yığışdırılan otaqda quraşdırılıbsa, bu zaman kondisioneri bir mövsüm ərzində 2 və bəzən 3 dəfə təmizləmək lazım olur.

Kondisionerlərinizin təmizlənməsi və qulluğunu sonraya saxlamayın

Təsəvvür edin ki, kondisionerin içərisinə hava ilə nə qədər toz, tüstü və kənar tullantı düşür – bütün bunlar filtrlə toplanır. Kondisionerin imkanları heç də limitsiz deyildir və bir müddətdən sonra kondisioner o qədər çirklənir ki, filtrasiyadan da əlavə bu halda kondisioner ümumiyyətlə havanı belə keçirə bilmir. Bu isə aşağıda göstərilən hallara gətirib çıxarır:

  • Kondisioner toz və bakteriyalarla çirkləndirilmiş hava vurur;
  • Lazım olan həcmdə hava vura bilmir;
  • Havanı daha az soyudur;
  • Vaxtından əvvəl sıradan çıxa bilər.

Bütün bu halların qarşısını almaq üçün Sizə kondisionerinizi vaxtında təmizləməyinizi və qulluq etməyinizi tövsiyə edirik. Kondisioner ustalarımız hər zaman bu işi keyfiyyətlə icra edə bilərlər.

Kondisionerlərin təmizlənməsi və qulluq: 11 əsas görüləcək iş

Beləliklə, kondisionerlərin mütləq qaydada profilaktik olaraq təmizlənməsi və qulluğuna aşağıda göstərilənlər aiddir:

  • Kondisionerin diaqnostikası
  • Kondisionerin bütün rejimlərdə işləməsinin yoxlanması
  • Temperaturun ölçülməsi
  • Hava filtrlərinin yuyulması
  • Ventilyatorun pərlərinin təmizlənməsi
  • Elektrik birləşmələrinin yoxlanılması
  • İstilik qurğusunun təmizlənməsi
  • Blokların bərkidilmə yerlərinin yoxlanılması
  • Birləşən yerlərin hermetikliyinin yoxlanılması
  • Kondisionerin yüngül təmirinin aparılması
  • Freonun doldurulması

Vaxtında aparılan təmizləmə və profilaktik qulluq uzun müddət ərzində kondisionerin səmərəli istifadəsini təmin edəcəkdir.

Kondisionerlərin profilaktik təmizlənməsi və qulluq

Ustatemir.az saytı kompleks şəkildə məişət xidmətləri də təklif edir, bura kondisionerlərin təmizlənməsi və qulluq da aiddir. Kondisioner ustası xidmətlərimiz hər zaman sizə bir zəng qədər yaxındır.

Niyə kondisionerlərinizin təmizlənməsini və qulluğunu məhz bizə etibar edə bilərsiniz?

  • qiymətlərimiz sərfəlidir və sizə uyğundur;
  • sizin üçün peşəkar ustalar işləyəcək;
  • bütün işlər tez, düzgün və etibarlı şəkildə icra ediləcək;
  • göstərilən xidmətlərə zəmanət verilir.

Saytımıza müraciət edin, kondisionerlərin təmizlənməsi və qulluq xidmətini telefonla və ya saytdan sifariş edin. Bizim əməkdaşlarımız mümkün qədər tez əlaqə saxlayacağıq. Unutmayın ki, kondisionerlər xüsusi qulluq tələb edir. Buna görə də kondisionerlərin istifadəsinə dair təlimatlara düzgün şəkildə riayət edin. Vaxtaşırı kondisionerləri təmizləyin və qulluq edin, kondisionerin istifadə zamanı çətinliklərin yaranmasını gözləməyin. Məhz indi kondisionerlərin təmizlənməsi və qulluq xidmətini bizdən sifariş edin!

Kondisionerə qaz vurulması

Peşəkar kondisioner ustası quraşdırılan ikinci əl kondisoner və ya təmir çağırışı zamanı ilk növbədə sistemin qaz səviyyəsini ölçməklə işə başlayır.

Kondisioner sistemlərinə texniki xidmət göstərilməsinin əsas səbəblərindən biri də xüsusi soyuducu elementin sızmasıdır, buna görə də kondisionerlərin ən doğru zamanda freonla doldurulması texnikanın işində nasazlıqların yaranmasının qarşısını alacaq və onun istismar müddətini daha da uzadacaqdır. Bundan əlavə, soyuducu dövrədən qaz sızması ailə üzvlərinin sağlamlığına zərər verə bilər və evdəki ab-havanın komfortunu poza bilər.

Soyutma və havanın isidilmə sistemlərinin servisi zamanı yol verilən diqqətsizlik təkcə təmirlə bağlı əlavə xərclərin yaranmasına deyil, həm də sizin yaxınlarınızın səhhəti ilə bağlı yüngül problemlərin əmələ gəlməsinə gətirib çıxara bilər. Həmçinin kondisioner alan şəxslərin nəzərinə çatdırmaq istərdik ki, kondisioner avadanlığının tam freonla doldurulması onun öncədən ehtiyat freonla doldurulmasından daha çox xərc tələb edəcəkdir. Soyuducu elementin sızması şlanq və ya qaz borularında baş verən nasazlıqlar səbəbindən baş verməsi halı da istisna edilmir, bu səbəbdən də kondisionerin sizin öz tərəfinizdən doldurulması bütün sistemin keyfiyyətinə təsir edəcəkdir.

Kondisionerə qaz vurulması nə üçün zəruri hesab edilir?

Soyuducu cihazların planlı servisi filtrlərin təmizlənməsini (dəyişdirilməsini) və müntəzəm şəkildə öncədən doldurulmanı nəzərdə tutur. Cüzi qaz sızması tam işlək vəziyyətdə olan avadanlıqlarda baş verə biləcək norma daxilində sızma nəticəsində baş verir. Texnikanın sökülməsindən, daxili hissələrə müdaxilə edilməklə təmir işlərindən, freon borusunun uzunluğunun artırılmasından sonra həmçinin öncədən doldurulmaya üstünlük vermək lazımdır.

Sizin avadanlığınıza servis xidmətinin göstərilməsi üçün mütəxəssisə ehtiyac olduğunu anlamaq çox asandır. Hər bir kondisioner sahibi onu istifadə etdiyi müddətdə öz soyuducu sisteminin spesifik xüsusiyyətlərini öyrənir, otaqdakı temperaturun 2-4 dərəcə aşağı salınmasını bilir və işlək texnikanın səs səviyyəsini çox gözəl yadda saxlayır. Standart rejimdən istənilən kənara çıxma halları mümkün problemlərdən xəbər verə bilir.

Soyuducu elementin sızmasının sadə əlamətləri 1-2 il daimi istifadədən sonra üzə çıxa bilir. Lakin mis boru və birləşmə yerlərində qəza xarakterli çatlar freon sisteminin hermetikliyinin vaxtından əvvəl itirilməsinə səbəb ola bilər. Kondisionerin işində hər hansı problemin baş verməsinə şübhə yarandığı ilk andan etibarən peşəkar mütəxəssisə müraciət etmək çox vacibdir, bu mütəxəssis kondisionerin diaqnostikasını yerinə yetirəcək, korpus elementlərini yoxlayacaq, sistemdə səsin olub-olmamağından əmin olacaq və yalnız texniki problemlərin olmamasından əmin olduqdan sonra freonla öncədən doldurulmanı icra edəcəkdir.

Kondisionerə qaz vurulması üçün kondisoner ustasını necə seçmək lazımdır?

Soyuducu avadanlığın istismar müddətini uzatmaq üçün xidmət mərkəzinin seçimi məsələsinə diqqətlə yanaşmaq lazımdır. Sirr deyildir ki, hal-hazırda internet məkanında “kondisionerlərə ucuz qiymətə qaz vurulması” kimi elanlar çoxdur, lakin siz bu mütəxəssisi dəvət etməklə onun peşəkarlığından əmin ola bilməyəcəksiniz, təkrar nasazlıq baş verdiyi halda isə o, yol verdiyi səhvləri düzəltməkdən sadəcə imtina edəcəkdir.

Xidmət göstərən şirkətləri seçdiyiniz zaman kompleks xidmətlər göstərən şirkətlər üstünlük verin, hansı ki sifarişi imzalanmış müqavilə əsasında icra edir və müqavilənin qüvvədə olduğu müddətdə nasazlıqların aradan qaldırılmasına yazılı şəkildə zəmanət verəcəkdir.

Kondisionerin sökülməsi (yerinin dəyişdirilməsi)

Bəzən istifadəçilər bunu özləri edərək kondisioner ustasına ediləcək kiçik ödənişə qənaət etmək istəyirlər. Amma çox vaxt bu bir neçə qat əlavə xərclə bitir. Avadanlıq 2 blokdan ibarətdir: bayırda olan və daxili. Sistem daimi təzyiq altındadır və təzyiqin qəfil şəkildə aşağı salınması soyuq hava axını nəticəsində əllərin donmasına səbəb ola bilər. Mütəxəssis avadanlığın bayırda olan blokunu avadanlığın əl çatan yerdə yerləşdirilmədiyi halda soyuducu elementin axıtmamaq və istismar xüsusiyyətlərini itirməmək şərtilə söküb çıxara bilir.

Peşəkar kondisioner ustası – mütəxəssis bayırda olan bloku cihazın hermetikliyini saxlamaq şərtilə və daşınma üçün düzgün şəkildə yerləşdirməklə söküb çıxarır. Avadanlığın yerini dəyişdiyiniz zaman onu əymək olmaz, əks halda yağı axıda bilərsiniz, hansı ki sonradan avadanlığın emalatxanada təmirinə ehtiyac yarana bilər. Mütəxəssislər borucuqların ucluqlarına yad cisim, hər hansı tullantının düşməsinin, sistemdə yağ itkisinin qarşısını alacaq və daxili blokun sökülməsi zamanı freon borusunu kip bağlayacaqlar.

    Sifariş formu

    Sifarişi göndərin biz zəng edək


      ZƏMANƏT VERİRİK

    • Müştəri qarşısında maliyyə zəmanəti
    • Üstün keyfiyyət və sənətkarlıq
    • Təqdim etdiyimiz Layihələrdə üstün Keyfiyyət
    • Vaxtında təhvil verilmə
    • Hər büdcəyə uyğun təkliflərin verilməsi
    • Müştəri məmnuniyyətinin əsas meyar olması


    Digər USTA XİDMƏTLƏRİNDƏN fərqimiz

    Usta Təmir şirkəti olaraq peşəkar ustalarla çalışırıq. Hər bir ustamız öz sahəsi üzrə ən azı 15 illik təcrübəyə malikdir. müştəriləri məmnun etmək üçün ustalarla mütəmadi ixtisas artırma və izahedici işlər aparılır.

    Hər sifarişə elə diqqətlə yanaşırıq ki, müştəri təkrar təkrar bizi seçsin. Cari, kompleks təmir və digər iri həcmli işlər zamanı sadəcə ustalar səviyyəsində iş aparılmır. Mühəndis, dizayner və digər mütəxəssislər cəlb olunur.

    © Copyright 2020 UstaTemir.az