Mebel ustası - Bakıda peşəkar səviyyədə usta xidmətləri - Ustatemir.az
Mebel ustası və mebel təmiri işləri
mebel ustası xidməti

Mebel ustası haqqında məlumat

Mebel ustası sadəcə təmir deyil, eyni zamanda mebellərin hazırlanması ilə məşğuldur.

Mebel təmiri

İstənilən mebeli uzun müddət istifadə edə bilərsiniz, bunun üçün ona vaxtında qulluq etmək və vaxtaşırı təmir etmək lazımdır. Mebel təmiri bir çox sahələri əhatə edir, bu sahələr üzrə göstərilən xidmətləri saytımızda tapa bilərsiniz.

Mebelin təmirinə istənilən növ nasazlığın aradan qaldırılması aiddir. Evdə və ofisdə qırılan qulpları, stolların, stulların, şkafların ayaqlarını və s. təmir etmək lazım olur. Həmçinin qırılan detallar təmir edilir, lazım olduqda isə detallar yeniləri ilə əvəz edilir.

Nə zaman mebelin təmiri yenisinin alınmasından daha sərfəli olur?

Bəzən olur ki, köhnə mebel çox istifadə olunsa da, öz aktuallığını itirmir. İlk növbədə bu, keyfiyyətli ağacdan hazırlanan mebellərə aiddir. Buna görə də müasir mebel aldığınız zaman DSP və MDF materiala üstünlük vermək əvəzinə köhnə, lakin keyfiyyətli ağacdan hazırlanmış mebelinizin təmirini üstün tutun.

Əgər Sizin planlarınızda yeni mebel almaq yoxdursa, bu zaman mebelinizi təmir etmək haqqında düşünə bilərsiniz. Korpuslu mebelə ayrıca ağır və möhkəm hissələrdən ibarət olan mebel aiddir, misal üçün şkaflar, komodlar, stollar və s. Bu mebelin əsas məqsədi funksionallıq və evdə komfort yaratmaqdır. Əgər mebel bu funksiyaları artıq yerinə yetirmirsə, deməli artıq onu ləğv etmək zamanı gəlmişdir.

Hətta bir neçə il istifadədən sonra mebel öz ilkin görünüşünü itirə bilər. Mebelə əvvəlki görünüşünü qaytarmaq o qədər də çətin iş deyildir. Bunun üçün mebeli öz əllərinizlə də təmir edə bilərsiniz və ya təcrübəli dülgər xidməti sifariş edə bilərsiniz, bizim dülgərlərimiz Sizin mebelinizi daha tez və keyfiyyətli təmir edəcəkdir.

Mətbəx mebelinin təmiri

Mətbəx mebeli evdə ən bahalı mebellərdən biri olsa da tez-tez istifadə edildiyinə görə tez də xarab olur. Bunun nəticəsində mətbəx mebelinin təmirinə daha da tez-tez ehtiyac olur.

Bəzən qırılan elementləri, furnituru təmir etmək və ya yenisi ilə əvəz etmək, mebel qapısının dəstəyini tənzimləmək və s. tələb olunur.

Mətbəxdə mebelin təmirindən əlavə, mətbəx çanağının quraşdırılması, mətbəx mebelinə texnikanın yerləşdirilməsi və s. geniş yayılmış xidmətlər sırasındadır.

Ofis mebeli əsasən korpuslu mebeldir, bəzi hallarda yumşaq mebeldən istifadə olunur. Əksər hallarda ofis mebelinin çətin başa gələn təmirini etmirlər. Ofislərə çox da bahalı olmayan mebellər alındığına görə onu yenisi ilə əvəz etmək mümkün kimi görünür və onu təmir etməkdənsə yenisini almaq daha məqsədəuyğun hesab edilir.

Mebel montajı

Korpuslu mebelin montajinı bir çox sifarişçilər həll edilməsi çox da çətin olan tapşırıq hesab etmirlər, buna görə də şkaf-kupenin, stolun və ya ofis stellajlarının alınması zamanı təcrübəsiz alıcılar mebel montajı xidmətindən imtina edirlər. Bir çox sifarişçilər hesab edirlər ki, xüsusi servis xidmətlərində mebel montajının qiyməti çox qaldırılmışdır və təcrübəli mütəxəssisə müraciət etməkdə imtina edirlər, bu halda dostlarının və ailə üzvlərinin köməyinə ümid edirlər. Lakin təcrübə göstərir ki, xəsis adam iki dəfə xərcə düşür və qeyri-peşəkar ustadan sonra ev sahibləri xüsusi şirkətlərə müraciət etməli olurlar ki, bu şirkətdən dəvət olunan ustalar düzgün montaj edilməmiş mebeli söksünlər və yenidən quraşdırsınlar.

Stulun, stolun və ya tumbanın montajını Siz özünüz də edə bilərsiniz, lakin mətbəx mebelin montajı peşəkarlar tərəfindən yerinə yetirilməlidir, belə ki, qeyri-peşəkar quraşdırma nəticəsində şkaflar və ya mebelin detalları düşə bilər və ailə üzvləriniz xəsarət ala bilər.

Şkaf-kupenin və ya digər korpuslu mebelin montajı zamanı xüsusilə diqqətli olmaq lazımdır. Hətta ən bahalı və ən gözəl mebeliniz bacarıqsız usta tərəfindən montaj edilibsə, bu halda mebel səliqəsiz görsənəcək və mebelin montajı zamanı yol verilən səhvlər sayəsində istismar müddətindən daha tez korlanacaqdır.

Mebel montajı ustasını necə tapmaq olar?

Bu sahədə 2-3 ildən artıq təcrübəsi olan servis şirkətləri öz müştərilərinə yalnız uzun müddət iş təcrübəsi və xüsusi ixtisası olan peşəkarları məsləhət görürlər. Belə montaj ustaları montajın sirlərini bilirlər, lazımi biliklərə yiyələniblər və montaj üçün müasir avadanlıqdan istifadə edirlər.

Aşağıda göstərilən xüsusiyyətlərə diqqət yetirməklə montaj edən ustanın bacarıqlarını müəyyənləşdirə bilərsiniz:

  • gördüyü işlər müxtəlif sahələri əhatə edir (mətbəx, şkaflar, stollar, yumşaq mebel və s.);
  • mütləq şəkildə təlimat tələb edir;
  • furniturun, detalların sınmasına məsuliyyət daşıyır;
  • öz işinə zəmanət verir;
  • özünə aid peşəkar alətlərdən istifadə edir.

Mətbəxin yığılması

Mətbəxin yığılması digər mebellərə baxanda çox mürəkkəbdir, belə ki, tumba və şkaflar çoxsaylı detallardan ibarətdir və maksimal şəkildə diqqətli və dəqiq olmağı tələb edir. Əlavə olaraq mizin üst taxtasının uc-uca calanması, mətbəx çanağının mebelə yerləşdirilməsi, santexnika və kommunikasiyaların aparılması, həmçinin asılan şkafların dəqiq montajına qoyulan tələblər çətinlik yarada bilər. Sifariş əsasında yığılan künc mebeli bir çox hallarda hətta təcrübəli, aydın və ətraflı təlimatlarla “silahlanan” ustaları çətinliyə salır.

Nəyə görə mətbəxin yığılmasının qiyməti bu qədər bahadır?

Mətbəx mebelinin yığılma qiymətini bir çox sifarişçilər əsassız və çox baha hesab edirlər. İş orasındadır ki, bu növ mebel əhəmiyyətli sayda rəf və şöbələrdən ibarətdir və ustanın kiçik bir mətbəxdə bir qarnituru yığdığı vaxtda bir neçə orta ölçülü şkaf-kupe yığa bilərdi. Bu səbəbdən daha çox materiala və vaxta ehtiyac olur. Həmçinin materialların geniş çeşidi geniş qiymət fərqi yaradır.

Mətbəxin yığılması zamanı yol verilən səhvlər

Bahalı mebel aldıqları zaman ev sahibləri uzun illər ərzində istifadə etməyi düşünürlər. Çox az adam tapılar ki, montaj üçün qeyri-peşəkar və ucuz qiymətə xidmət təklif edən ustaları dəvət etsin, bunu etməkdə məqsəd qarniturun xarici görünüşünü korlamamaq, asılan şkafların yanlış quraşdırılması nəticəsində ailə üzvlərinin sağlamlığını riskə atmamaqdır.

Təcrübəli mütəxəssis bilir ki, keyfiyyətli quraşdırma bir saat ərzində yerinə yetirilə bilməz və bu səbəbdən də onun göstərdiyi xidmətin haqqı ucuz ola bilməz. Şirkətimiz Sizə mətbəxin yığılmasına dair istənilən növ xidmətlər təklif edir, bu xidmətlər kompleks şəklində göstərilir. Ustalarımız sifarişi vaxtında təhvil verirlər, yüksək keyfiyyətə zəmanət verilir!

    Sifariş formu

    Sifarişi göndərin biz zəng edək


      ZƏMANƏT VERİRİK

    • Müştəri qarşısında maliyyə zəmanəti
    • Üstün keyfiyyət və sənətkarlıq
    • Təqdim etdiyimiz Layihələrdə üstün Keyfiyyət
    • Vaxtında təhvil verilmə
    • Hər büdcəyə uyğun təkliflərin verilməsi
    • Müştəri məmnuniyyətinin əsas meyar olması


    Digər USTA XİDMƏTLƏRİNDƏN fərqimiz

    Usta Təmir şirkəti olaraq peşəkar ustalarla çalışırıq. Hər bir ustamız öz sahəsi üzrə ən azı 15 illik təcrübəyə malikdir. müştəriləri məmnun etmək üçün ustalarla mütəmadi ixtisas artırma və izahedici işlər aparılır.

    Hər sifarişə elə diqqətlə yanaşırıq ki, müştəri təkrar təkrar bizi seçsin. Cari, kompleks təmir və digər iri həcmli işlər zamanı sadəcə ustalar səviyyəsində iş aparılmır. Mühəndis, dizayner və digər mütəxəssislər cəlb olunur.

    © Copyright 2020 UstaTemir.az