Paltaryuyan ustası - Bakıda peşəkar səviyyədə usta xidmətləri - Ustatemir.az
Paltaryuyandan su daşırsa mütləqv Paltaryuyan ustası
Paltaryuyan ustası paltaryuyanınızı qısa zamanda təmir edəcək

Paltaryuyan ustası xidmətləri haqqında

Paltaryuyan ustası paltaryuyanın quraşdırılması və təmiri işlərini həyata keçirir. Bir sözlə hər evə mütləq bir gün lazım olur.

Paltaryuyan maşının quraşdırılması

Evə yeni avadanlıq alındıqda onun quraşdırılması da daxil olmaqla bu avadanlıq çox diqqət tələb edir. İndi biz paltaryuyan maşının quraşdırılması prosesini daha ətraflı nəzərdən keçirəcəyik. Beləliklə, bu proseslə bağlı bir neçə əsas məqamları yadda saxlayın.

Paltaryuyan maşının quraşdırılması ilə bağlı tövsiyələr

Paltaryuyan maşının qoşulması barədə onu alınmasından əvvəl düşünmək lazımdır. Onu almamışdan əvvəl quraşdırılması planlaşdırılan yeri müəyyənləşdirin. Bu zaman paltaryuyan maşının hündürlüyünü və döşəməni nəzərə almaq lazımdır. Bu, çox vacibdir, belə ki, divarlar çox vaxt hamar olmaya bilər, daralan yerlər ola bilər və bunun nəticəsində maşını yerləşdirmək mümkün olmayacaqdır. Aldığınız paltaryuyan maşının ölçüləri onun quraşdırılacağı yerdən daha kiçik olmalıdır ki, avadanlıq yerləşdirildiyi zaman sıx olmasın. Santexnik ustaları paltaryuyan maşının quraşdırılması zamanı şlanqın uzunluğunun ən maksimal 1.5 m olmasını tövsiyə edirlər, belə ki, əks halda paltaryuyan maşının nasosu gücə düşə bilər.

Əvvəlcə mütləq yoxlayın

Paltaryuyan maşını aldığınız zaman onu dərhal quraşdırmağa çalışmayın. Aldığınız zaman onu diqqətlə yoxlayın, lazım gələrdə biraz silkələyin, içində kənar səslərin və üstündə zədələnmələrin olmamasından əmin olun. Əgər bunlar olarsa, Sizin maşını qaytararaq əvəzində yenisini tələb etmək hüququnuz var. Əgər hər şey qaydasındadırsa, avadanlığınızın quraşdırılmasını artıq düşünə bilərsiniz.

Paltaryuyan maşını quraşdırmağa başlayın

Paltaryuyan maşını quraşdırmamışdan əvvəl daşındığı zaman istifadə edilən dayaqları çıxarın: boltları və boltların bərkidildiyi fiksatorları, həmçinin sıxlaşdırıcıları da çıxarın. Fiksatorları  çıxarmaq üçün arxa paneli çıxarmaq və bundan sonra fiksatorları çıxarmaq lazımdır.

Paltaryuyan maşının quraşdırılması zamanı əsas məqamlardan biri onun düzgün tarazlaşdırılmasıdır. Tarazlaşdırma maşının sabit vəziyyətdə saxlanılması üçündür. Tarazlaşdırılma olmasa, gələcəkdə maşından istifadə zamanı güclü titrətmələr baş verə bilər və bu da öz növbəsində avadanlığın istismar müddətini azaltmış olar.

Qoşulma zamanı soyuq su ilə təchiz edən sistemin paltaryuyan maşına birləşdirilməsi nəzərdə tutulur. Bunun üçün santexnika işlərinin görülməsi lazımdır. Bunu təşkil etmək üçün bir neçə üsullar vardır. Bir qayda olaraq soyuq su borusunda dəlik açılaraq kran quraşdırılır. Kran şlanq vasitəsilə paltaryuyan maşına birləşdirilir.

Paltaryuyan maşından suyun axıdılmasının ən sadə üsulu vanna və ya çanağın kənarına birləşdirilmiş qarmaqcıq vasitəsilə şlanqın quraşdırılmasıdır. Bu üsul sadə və ucuzdur, lakin etibarlı deyildir. Buna görə də ən yaxşı seçim paltaryuyan maşının qoşulmasını əsaslı şəkildə yerinə yetirmək və xüsusi sifon quraşdırmaq lazımdır.
Paltaryuyan maşının elektrik şəbəkəsinə qoşulmasını yalnız elektrik ustasına həvalə edin.
Maşını tam olaraq quraşdırdıqdan sonra onun yoxlanışını yerinə yetirmək lazımdır. Bunun üçün maşını boş-boşuna işlədin (yuyucu vasitə ilə, amma içərisinə paltar qoymayın). Bu ilk yuma prosesi suyun düzgün axıdılmasını, suyun qızmasını dəqiq şəkildə göstərir və həmçinin bu halda suyun axıdılması və sıxma prosesinin necə baş verdiyi yoxlanılır.

Paltaryuyan maşının quraşdırılması zamanı bir çox peşəkar məqamlar vardır ki, bu məqamları yalnız və yalnız bu işin peşəkarı bilə bilər. Bu səbəbdən də ən doğrusu mütəxəssis çağırmaqdır, çünki avadanlığın düzgün quraşdırılması onun istifadə müddətini daha da artırır.

Paltaryuyan maşının quraşdırılması xidmətini istədiyiniz zaman bizim Usta Təmir şirkətinin ustatemir.az saytında sifariş edə bilərsiniz. Bizim ustalarımız bu işi tez, keyfiyyətlə və münasib qiymətə edəcəklər!

Paltaryuyan maşının təmiri

Paltaryuyan maşınlar müasir dövrümüzdə artıq evinizin əvəzedilməz əşyasına çevrilmişdir və onun müəyyən səbəblər nəticəsində sıradan çıxması hər birinizin əhvalını korlaya bilər. Bu halda siz avadanlığınızın tez və keyfiyyətli şəkildə təmir edilmə üsullarını axtarmağa başlayırsınız. Bu halda  Sizin üçün ən gözəl seçim Usta Təmir şirkətinin ustatemir.az saytına müraciət etməyinizdir! Saytımıza onlayn şəkildə müraciət etməklə və ya əlaqə telefonlarına zəng etməklə bizdə bu xidməti asanlıqla sifariş edə bilərsiniz!

Paltaryuyan maşının təmir prosesi sadə və çətin ola bilər. Bu təmir növlərindən hansı biri daha ucuz başa gəlir? Asan üsulla aparılan təmir zamanı maşının detallarının qismən və ya tamamilə sökülüb çıxarılmasına ehtiyac olmur, misal üçün, düymələrin dəyişdirilməsi, filtrin təmizlənməsi və s. Çətin üsulla aparılan təmir isə əksinə olaraq əksər hallarda detalların dəyişdirilməsi və daha çətin problemlərlə müşayiət olunur.

Maşında istənilən nasazlığı müəyyənləşdirmək üçün mütləq mütəxəssis dəvət etmək lazımdır. Misal üçün, hətta maşından biraz səs gəldiyi halda mütəxəssis dəvət etmədiyiniz təqdirdə maşının barabanı sıradan çıxa bilər və bu da öz növbəsində daha artıq xərclərə və hətta barabanın dəyişdirilməsinə belə gətirib çıxara bilər.
İstənilən halda bizim ustalarımız Sizə kömək edəcəkdir! Bir zənginiz kifayətdir! Sifarişə gələn ustalarımız paltaryuyan maşınınızı diaqnostika edərək baş verən nasazlıqları və təmirin qiymətini müəyyənləşdirəcəkdir.

Təcrübə göstərir ki, paltaryuyan maşınınızın evdə təmiri Sizin zamanınıza qənaət edir və eyni zamanda büdcənizə də uyğundur!

    Sifariş formu

    Sifarişi göndərin biz zəng edək


      ZƏMANƏT VERİRİK

    • Müştəri qarşısında maliyyə zəmanəti
    • Üstün keyfiyyət və sənətkarlıq
    • Təqdim etdiyimiz Layihələrdə üstün Keyfiyyət
    • Vaxtında təhvil verilmə
    • Hər büdcəyə uyğun təkliflərin verilməsi
    • Müştəri məmnuniyyətinin əsas meyar olması


    Digər USTA XİDMƏTLƏRİNDƏN fərqimiz

    Usta Təmir şirkəti olaraq peşəkar ustalarla çalışırıq. Hər bir ustamız öz sahəsi üzrə ən azı 15 illik təcrübəyə malikdir. müştəriləri məmnun etmək üçün ustalarla mütəmadi ixtisas artırma və izahedici işlər aparılır.

    Hər sifarişə elə diqqətlə yanaşırıq ki, müştəri təkrar təkrar bizi seçsin. Cari, kompleks təmir və digər iri həcmli işlər zamanı sadəcə ustalar səviyyəsində iş aparılmır. Mühəndis, dizayner və digər mütəxəssislər cəlb olunur.

    © Copyright 2020 UstaTemir.az