Santexnik ustası - Bakıda peşəkar səviyyədə usta xidmətləri - Ustatemir.az
Santexnika ustası əlüzyuyanı təmir edəcək
Santexnik ustası boruları təmir edir

Santexnik ustası xidmətləri haqqında

Santexnika ustası axtarılan usta xidmətləri arasında hər zaman top beşlikdə yer alır. Santexnik ustası olmaq çox məsuliyyətli bir işdir, xüsusi hazırlıq və bacarıq tələb edir. Siz özünüzü xoşagəlməz hallardan sığortalamaq üçün ancaq təcrübəli ustalara müraciət etməlisiniz!

Peşəkar usta-çilingər mütləq şəkildə polad və polimer borulardan ibarət olan sanitar-texniki sistemlərin sökülməsi və təmirini, su təchizatı, kanalizasiya və istilik sistemlərinin diaqnostikasını və orada baş verən nasazlıqların aşkarlanmasını, ölçü-nəzarət cihazlarının montajı, santexnikanın quraşdırılması, istilik sisteminin birləşmə yerlərinin, boruların birləşmə yerlərinin montajı və yığılması və həmçinin istilik cihazlarının birləşdirilməsini (batareyaların, dəsmal qurudan batareyaların quraşdırılması və s.) bacarmalıdır.

Kanalizasiya təmizlənməsi

Kanalizasiyanın tutulması bəzən öhdəsindən gəlməyin mümkün olmadığı bir məişət problemidir. Bu, daha çox çoxmərtəbəli binalarda çətin problemə çevrilir. Kanalizasiya sistemi bu binalarda elə qurulmuşdur ki, kiçik bir sahədə kanalizasiya tutulması bir çox mənzillərdə sakinlərin əziyyət çəkməsinə səbəb ola bilər. Bu səbəbdən də özünüzə və qonşularınıza problem yaratmamaq üçün kanalizasiyadan düzgün istifadə etməyiniz və kanalizasiya borularınızı vaxtında təmizləməyiniz tələb olunur.

Kanalizasiya müxtəlif səbəblərdən tutula bilər. Misal üçün, kanalizasiyanın düzgün olmayan montajı (bir çox yerlərdə əyilmələr, 90° bucaq altında əyilmələr, kanalizasiya borularının düzgün olmayan yerləşməsi və s.). Bəzən kanalizasiyanın tutulmasına kanalizasiya borularına atılan iri tullantılar səbəb ola bilir. Həmçinin suyun azlığından da boruların tutulması baş verə bilir.

Tıxanmanın aradan qaldırıması

Tıxanma dərəcəsindən və kanalizasiya sisteminin quruluşundan asılı olaraq kanalizasiyanın təmizlənməsi müxtəlif üsullarla və müxtəlif avadanlıqların vasitəsilə aparıla bilər.

Adi tıxanmalar zamanı borular adi su ilə yuyulur və bəzən lazım olarsa borular çıxarılıb içi təmizlənir. Boruların qatlanan yerində tıxanma və ya yad cisimlərin boruda ilişib qalması zamanı santexnika trosundan istifadə etmək lazımdır. Kanalizasiya sistemində qəza xarakterli nasazlıqlar çox tez-tez baş verə bilər. Bunların içərisində ən geniş yayılanı iri əşyaların atılması səbəbindən baş verən çətin tıxanmalardır. Həmçinin qəza xarakterli tıxanmaya daimi olaraq yuyucu vasitələrdən istifadə səbəb ola bilər, çünki bu vasitələr borularda çöküntü əmələ gətirir və təmizləmə çox çətinləşir.

Əgər borularda tez-tez belə tıxanma halları baş verirsə, bu zaman siz artıq öz borularınızı dəyişdirmək haqqında düşünə bilərsiniz. Kanalizasiya ildə ən azı 2 dəfə təmizlənməlidir, bu da öz növbəsində qəza hallarının baş verməsinin qarşısını alacaqdır. Kanalizasiyanın təmizlənməsi xidmətinə görə Siz USTA TƏMİR şirkətimizə müraciət edə bilərsiniz. Bizim santexnika ustalarımız Sizə uyğun vaxtda yaxınlaşıb, kanalizasiyanın təmizlənməsi ilə bağlı bütün işləri tez və rahat şəkildə görəcəklər. Bu xidmət etibarlı, tez və rahatdır!

Hamam-tualetdə santexnika işləri, vanna quraşdırılması və təmiri

Özünüzə hədiyyə etmək zamanıdır! Üstəlik hamam otağında vannanı quraşdırılması heç də göründüyü kimi ağır və əziyyətli bir iş deyildir, çox vaxt tələb etmir, lakin onun montajı xüsusi risklərlə bağlı ola bilər. Beləliklə, əgər Siz hamam otağında vannanızı dəyişdirmək qərarına gəlmisinizsə, bu zaman bizə müraciət edin.

Vannanın montajı, nəyə hazır olmaq lazımdır?

Əksər hallarda vanna evdə təmir işlərinin aparılması və ya ən azı vanna otağının təmiri zamanı quraşdırılır. Lakin bu, o demək deyildir ki, vannanı ayrıca quraşdırmaq olmaz. Təkcə vannanızı dəyişdirməklə Siz bütün vanna otağının xarici görünüşünü dəyişdirmiş olursunuz.

Əgər evin layihəsi buna imkan verirsə, vannanın yerləşdiriləcəyi yeri dəyişmək olar, bunun üçün peşəkar santexnika ustaları boruları lazımi şəkildə yerləşdirəcəklər. Bu səbəbdən də deyə bilərik ki, ideya Sizdən olsun, onun reallaşdırılmasını isə artıq biz öz öhdəmizə götürürük!

Dizayn üçün qərar verdikdən sonra Sizin layihəniz üçün ən uyğun variantı seçin. İndiki dövrdə daha çox akril vannalar geniş yayılıb, lakin çuqun olanları da heç də geri qalmır.

Vannanın quraşdırılması hansı mərhələlərdən ibarətdir?

Quraşdırılma aşağıda göstərilən bir neçə vacib məqamlardan ibarətdir:

  • İlk növbədə montaj üçün yer hazırlayırıq – köhnə vannanı söküb çıxarırır, bütün artıq əşyaları təmizləyirik
  • Quraşdırılma işlərinə başlamazdan əvvəl boru xətlərinin sazlığına fikir verin, çox güman ki boruların dəyişdirilməsinə ehtiyac yarana bilər. Montaj prosesinə yalnız boruların saz vəziyyətdə olmasına əmin olduqdan sonra davam etmək olar.
  • Beləliklə, bilavasitə quraşdırılma prosesi vannanın ayaqсıqlarının quraşdırılmasından başlayır, bu ayaqcıqları dib hissədəki kranşteynlərə bərkitmək lazımdır. Bundan sonra vannanı düzəldirik. Çuqun vannaların quraşdırılması zamanı onu kanalizasiya borusuna doğru əyməyə ehtiyac yoxdur, lakin üfuqi müstəvidə mütləq şəkildə səviyyəölçən cihazdan istifadə edib tənzimləmək lazımdır.
  • Həmçinin döşəmədən ən aşağı nöqtəyə qədər olan məsafəni də ölçmək lazımdır, bu məsafə ən azı 14.5 sm olmalıdır.
  • Daha sonra axıtma sistemini və sifonu quraşdırırıq. Bu mərhələdə əlavə keçid boruları və muftalara ehtiyac yarana bilər, onları əvvəlcədən hazırlayın. Daha sonra isə duş kranı quraşdırılır.
  • Əgər montaj işləri divara bitişik şəkildə aparılırsa, bu halda vanna ilə divar arasında qalan aralıq hermetik maddə ilə doldurulmalıdır. Daha sonra isə hermetiklik yoxlanılır və quraşdırılma sona çatır.

Duş kabinin quraşdırılması və təmiri

Duş kabinin quraşdırılması vanna otağı üçün ən mükəmməl seçimdir. Siz ustatəmir.az saytına müraciət etməklə çox tez, rahat və keyfiyyətli şəkildə vanna otağınızda duş kabin quraşdıra bilərsiniz. Biz həm bina evlərində, həm şəxsi evlərdə duş kabinlər quraşdırırıq. Bizim ustalarımız işi operativ və çox diqqətli şəkildə yerinə yetirirlər. Biz iş prosesinə nəzarət edir və gördüyümüz işlərin keyfiyyətinə də zəmanət veririk.

Duş kabininin quraşdırılması hansı mərhələlərdən ibarətdir? 

İlk növbədə duş kabin montaj edilir, əvvəlcə altlıq quraşdırılır və onun səviyyəsi tənzimlənir. Daha sonra isə duş kabinin yuxarı hissəsi quraşdırılır və santexnik ustası bütün lazımi yerləri silikonla doldurulur, kabin təlimata uyğun yığılır. Daha sonra kabin kanalizasiyaya birləşdirilir və daha sonra duş kranı quraşdırılır. Bundan sonra duş kabin elektrik şəbəkəsinə qoşulur.

Unitazın quraşdırılması və təmiri

Unitazın quraşdırılması evdə vacib məsələlərdən biridir. Yəgin ki montaj prosesinin özündən daha çox bu prosesə hazırlıq prosesi vacib hesab edilir.

Unitazın quraşdırılmasına hazırlıq onun seçimindən başlanır

Hansı növ unitaza üstünlük verməyiniz artıq sizin öz seçiminizdir. Bundan əlavə, hal-hazırda geniş seçim mövcuddur: müxtəlif formalı, müxtəlif materiallardan, yerdən qoyulan, asılan, su baçoku olan və olmayan (su buraxma qurğusu birbaşa su borusuna birləşdirilir).

Su baçoku olmayan asılan unitazlar kiçik mənzillər üçün əla seçimdir. Unitazların hazırlandığı materiallara gəldikdə isə, bugünkü gün daha çox fayans və plastmas materiallar daha geniş yayılmışdır.

Unitazın seçimi zamanı nəyə diqqət etməlisiniz?

Beləliklə, unitaz seçərkən aşağıdakı məqamlara fikir verin:

  • Kanalizasiyaya birləşdirilmə üsulu – Unitazlar üfuqi, şaquli və küncdə yerləşən olur. Məhz sizin evinizdə kanalizasiya borusuna uyğun gələn unitazı almaq üçün santexnik ustanızla məsləhətləşin. Əks halda unitazın quraşdırılması çətinləşə bilər və kanalizasiya sistemində dəyişikliklərə səbəb ola bilər.
  • Unitazın ölçüsü – bunu nəzərə almaq kiçik ölçülü tualetlərdə çox vacibdir. Unitazın ölçüsü qapıdan kanalizasiyaya qədər olan məsafədən 2 dəfə az olmalıdır.

Seçim edin, zədələnmələrin olmamasından və dəstə daxil olan bütün detalların yerində olmasından əmin olun.

Usta hansı işi görür və ya unitaz necə quraşdırılır?

Anlaşılmazlıqların yaranmaması üçün bəzən santexnik ustasının işinə nəzarət etmək lazımdır. Unitazın quraşdırılmasından əvvəl hazırlıq işləri aparılır: köhnə unitaz sökülüb çıxarılır, lazım olmayan əşyalar kənarlaşdırılır və su verilişi dayandırılır. Bundan sonra unitaz quraşdırılır.

Əl-üz yuyanın quraşdırılması və təmiri

Farfor və fayans materialdan olan santexnika mallarının istehsalçıları maksimal şəkildə seçimi genişləndirməklə alıcılara müxtəlif forma və rəngdə əl-üz yuyanlar təklif edirlər. İlk baxışda əl-üz yuyanın quraşdırılması asan görünsə də, vanna otağında köhnə əl-üz yuyanın sökülüb çıxarılması və yenisinin quraşdırılması xüsusilə diqqətli olmağı tələb edir. İstənilən kiçik bir səhv su sızmasına, qəza baş verməsinə və baş vermiş qəzanın aradan qaldırılması üçün əlavə xərclərin yaranmasına səbəb ola bilər.

Əl-üz yuyanın quraşdırılması çətin və vaxt tələb edən bir işdir. Bununla bağlı bütün qayğıları bizim mütəxəssislərimizə həvalə etməklə Siz cəmi bir neçə saat ərzində funksional və etibarlı bir avadanlıq əldə edirsiniz. Əl-üz yuyanın quraşdırılmasının qiyməti görülən işlərin həcmindən, bərkidilmə sisteminin mürəkkəbliyindən, şlanq və sifonların dəyişdirilib-dəyişdirilməməsindən asılı olaraq dəyişəcəkdir. Bizim xidmətlərimizə müraciət etməklə Siz lazım olan xidmətləri uyğun vaxtda əldə edirsiniz.

Mətbəxdə santexnika işləri

Hər bir xanım üçün öz mətbəxinin dizaynını öncədən düşünmək, onu maksimal şəkildə rahat və funksional etmək çox vacibdir. Hər hansı bir mətbəx texnikasının mətbəxdə düzgün yerləşdirilməməsi mətbəxin funksionallığını azaldır və bu da çox vaxt xanımların əhvalına pis təsir edir.

Mətbəx çanağı əsas istifadə edilən avadanlıqlar sırasındadır. Mətbəx çanağının peşəkar mütəxəssis tərəfindən əvvəlcədən düşünülmüş və rahat şəkildə quraşdırılması çanağın bu işə bələd olmayan şəxs tərəfindən quraşdırıldığı təqdirdə yol verilən səhvlərin baş verməsinin qarşısını alır.

Mətbəx çanağının quraşdırılması zamanı yol verilən səhvlər:

  • Çanağın ölçüsünün ev sakinlərinin sayına uyğun gəlməməsi
  • İş zonasının təşkil edilməsi zamanı “40 santimetr” prinsipindən imtina etmək
  • Boruların diametrinin və sifonun düzgün seçilməməsi
  • Düzgün olmayan bərkidilmə, istifadə zamanı çanağın tərpənməsi
  • Mebelin divarlarının arasına nəm keçməsi.

Şirkətimizə müraciət etməklə Siz öz mətbəx çanağınızın quraşdırılmasını peşəkarlara həvalə etmiş olursunuz. Ustalarımız Sizin sifarişiniz əsasında və Sizə uyğun vaxtda yaxınlaşaraq münasib qiymətlə keyfiyyətli iş təhvil verəcəklər. Şirkətimiz göstərilən xidmətin keyfiyyətinə tam zəmanət verir.

Kanalizasiya montajı

Etibarlı və münasib qiymətə kanalizasiya montajı və bununla əlaqədar digər santexnika işləri ilə bağlı xidməti axtarmağınız çox uzun çəkə bilər. Bunun əvəzində Siz kanalizasiya montajını məhz indi bizim saytımızda sifariş edə bilərsiniz. Münasib qiymət və keyfiyyətə zəmanətdən əlavə, biz Sizə bir çox üstün xidmətlər də təklif edə bilərik.

Nəyə görə kanalizasiya montajını USTA TƏMİR şirkətinə sifariş etməlisiniz?

Biz öz müştərilərimizin zamanını düzgün dəyərləndiririk və sifarişə tez bir zamanda cavab verərək montajı sifarişçiyə uyğun olan vaxtda yerinə yetiririk. Bizim ustalarımız lazım olan boruları düzgün seçəcək, kanalizasiya sisteminin planını düzgün şəkildə tərtib edəcək və santexnika işlərini keyfiyyətli şəkildə görəcəklər.

Kanalizasiya montajı xidmətinin göstərilməsi üçün təyin edilən qiymətlər sizin üçün hər zaman açıq və əlçatandır, şəraitdən asılı olaraq dəyişmir. Əmin ola bilərsiniz ki, iş bitdikdən sonra Siz qiymət cədvəlində göstərilən qiymətə uyğun ödəniş edəcəksiniz.

Qızdırıcı batareyaların quraşdırılması və təmiri

Bir çox mənzillər qış mövsümü olmasına baxmayaraq soyuq və komfortsuz olur. Batareyaları yeniləri ilə əvəz etməklə Siz vəziyyətdən çıxış yolu tapa bilərsiniz. Batareyaların istilikvermə qabiliyyəti onların hazırlandığı materialdan asılıdır. Bugünkü gün mənzillərdə çuqun, polad və bimetallik materiallardan hazırlanmış batareyalardan istifadə olunur.

Alüminiumdan olan istilik radiatorlarının quraşdırılması

Alüminium batareyalar həm gözəl görünüşə malikdir, həm də istiliyi yaxşı ötürür. Bu batareyalar yüngüldür, buna görə də onları quraşdırmaq asandır.

Alüminiumdan olan batareyaları quraşdırdığınız zaman nəzərə alın ki, xüsusi qazçıxaran tıxaclardan istifadə etməlisiniz, belə ki, alüminiumun qaynar su ilə reaksiyası qaz ayrılmasının daha da artmasına səbəb ola bilər.

Mənzildə çuqun batareyaların quraşdırılması

Çuqun batareyalar istifadədə asandır və qiyməti də münasibdir. Lakin çuqun materialdan olan istilik radiatorları istiliyi çox da yaxşı ötürmür. Həmçinin mənzildə istilik sistemi üçün biraz daha köhnəlmiş hesab edilir.

Poladdan olan istilik batareyalarının quraşdırılması

Poladdan olan istilik radiatorları şəhər kənarında olan evlər üçün yaxşı seçimdir. Mənzildə olan batareyaların polad batareyalarla əvəz edilməsi çox da baha başa gəlməyəcək, bununla belə polad batareyalar istiliyi çox yaxşı ötürür və korroziyaya qarşı davamlıdır.

Bimetallik istilik radiatorlarının quraşdırılması

Batareyaların bir növü də bimetallik batareyalardır. Bu batareyalar alüminium və polad radiatorların müsbət cəhətlərini özündə birləşdirir- istiliyi yaxşı ötürməsi, yüngül və gözəl görünüşü olması. Bu batareyaların qiyməti kifayət qədər bahadır.

    Sifariş formu

    Sifarişi göndərin biz zəng edək


      ZƏMANƏT VERİRİK

    • Müştəri qarşısında maliyyə zəmanəti
    • Üstün keyfiyyət və sənətkarlıq
    • Təqdim etdiyimiz Layihələrdə üstün Keyfiyyət
    • Vaxtında təhvil verilmə
    • Hər büdcəyə uyğun təkliflərin verilməsi
    • Müştəri məmnuniyyətinin əsas meyar olması


    Digər USTA XİDMƏTLƏRİNDƏN fərqimiz

    Usta Təmir şirkəti olaraq peşəkar ustalarla çalışırıq. Hər bir ustamız öz sahəsi üzrə ən azı 15 illik təcrübəyə malikdir. müştəriləri məmnun etmək üçün ustalarla mütəmadi ixtisas artırma və izahedici işlər aparılır.

    Hər sifarişə elə diqqətlə yanaşırıq ki, müştəri təkrar təkrar bizi seçsin. Cari, kompleks təmir və digər iri həcmli işlər zamanı sadəcə ustalar səviyyəsində iş aparılmır. Mühəndis, dizayner və digər mütəxəssislər cəlb olunur.

    © Copyright 2020 UstaTemir.az