Soyuducu ustası - Bakıda peşəkar səviyyədə usta xidmətləri - Ustatemir.az
Soyuducu ustası ərzaqlarınız xarab olmadan təmir edəcək
Soyuducu ustasi təmir zamanı

Soyuducu ustası xidmətləri haqqında

Soyuducu ustası və soyuducuların təmir edilməsi xidməti USTA TƏMİR şirkətimizə tez-tez sifariş olunan xidmətlər sırasındadır.

Məişət texnikası sıradan çıxanda bəzən seçim etmək çətin olur – yenisini almaq yoxsa köhnəsini təmir etmək? İstənilən halda az xərc çəkməklə daha yaxşı nəticə əldə etmək istəyi hər zaman var.

Əksər hallarda soyuducuların təmiri yeni soyuducunun alınmasından daha ucuz başa gəlir. Xüsusilə də əgər onun istismar müddəti 10 ilə yaxındırsa, bu halda soyuducunu təmir etmək daha realdır.

Soyuducuların zəmanətli təmiri 

Soyuducunun bir məişət texnikası olaraq çox etibarlı olmasına  və 10-30 il müddətində keyfiyyətli şəkildə işləməsinə baxmayaraq bəzi hallar olur ki, soyuducu alındığı gündən ilk bir neçə ay ərzində xarab ola bilir.

Əksər hallarda soyuducunun zəmanətli təmiri Sizin üçün ödənişsiz olacaqdır. Soyuducuların təmiri üzrə bütün servis mərkəzləri (ünvan və əlaqə nömrələri) zəmanət talonunda göstərilir.

Servis mərkəzinə zəng vurmaq yoxsa soyuducuların təmiri üzrə ustanı bizdə sifariş etmək?

Əgər zəmanətin müddəti bitibsə, servis mərkəzində ediləcək təmir kifayət qədər baha başa gələcəkdir. Bununla yanaşı Siz evə sifariş edilən ustaya əlavə ödəniş etməli olacaqsınız.

Biz isə soyuducuların təmiri üzrə əlçatan və əsaslandırılmış münasib qiymətlər təklif edirik.

Soyuducuların evdə təmiri

Biz ən yüksək səviyyədə xidmət göstəririk – operativ və peşəkarcasına. Bizim ustalarımız istənilən çətin təmiri yerinə yetirə bilərlər.

Siz evdə soyuducu təmiri xidmətini sifariş edirsiniz. Usta sifarişə gəlir, nasazlığı müəyyənləşdirir və ev şəraitində bu nasazlığı aradan qaldırır. Yalnız çox nadir hallarda, yəni ustanın lazım olan ehtiyat hissəsi olmayanda (misal üçün, sizin soyuducununuz modelinə uyğun gələn kompressor) bu halda soyuducunun təmiri digər sizə uyğun olan vaxta keçirilir.

Praktiki olaraq soyuducuların istənilən növ təmiri ev şəraitində aparıla bilər. Yalnız istisna hallarda soyuducunun təmiri üçün avadanlığı emalatxanaya aparmaq lazım olur. Doğrusunu desək, öz çətinliyinə görə bu növ təmir bahadır və hər zaman məqsədəuyğun hesab edilmir.

Soyuducunun təmirinin təxminən neçəyə başa gələcəyini müəyyənləşdirmək üçün soyuducuların nasazlıqlarının əlamətlərinə diqqətlə fikir verin.

 Soyuducuların təmir qiyməti nədən asılıdır və nasazlıqların hansı növləri olur?

Soyuducuların mexaniki zədələnmələrinə aiddir: soyuducu elementin dövr etdiyi borucuqlarda təzyiqin qəfil düşməsi, korpusun detallarının nasazlığı, istilik izolyasiyasının sıradan çıxması.

Soyuducuların elektrik nasazlıqlarına aiddir: relenin, qoruyucuların,  elektron idarəetmə sistemlərinin və s. yanıb sıradan çıxması.

Soyuducunun nasazlığını özümüz müəyyənləşdiririk!

Əgər soyuducu heç işləmirsə, bu halda rozetkanın işlək vəziyyətdə olmasını yoxlayın.

Bunun üçün hər hansı digər avadanlığı həmin rozetkaya qoşun. Əgər rozetka işləmirsə, bu halda elektrik ustası çağırın, əgər rozetka işləyirsə, amma soyuducu işə düşmürsə, deməli bu halda iki variant var. Çox güman ki kompressor sıradan çıxmışdır və nadir hallarda termorelenin sıradan çıxma ehtimalı olur.

Əgər soyuducunun kompressoru dayanmadan işləyirsə, soyuducuda temperatur daha yüksəkdirsə, bu halda soyuducu elementin sızması baş vermişdir. Yox əgər əksinə soyuducunun içərisində temperatur çox aşağıdırsa, bu halda termorele nasazdır.

Bəzi nadir hallarda baş verən nasazlıqları müəyyənləşdirmək çox çətindir, bunu yalnız təcrübəli mütəxəssis müəyyən edə bilər. Soyuducuların təmiri xidməti ilə əlaqədar ustanı istədiyiniz vaxt saytımızda onlayn müraciət etməklə və ya əlaqə nömrələrimizə zəng vurmaqla evə sifariş edə bilərsiniz.

Biz tez bir zamanda Sizin müraciətinizə cavab verəcəyik və soyuducunuzun təmiri ilə əlaqədar istənilən çətin məsələlərin həlli bizdə vardır!

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirik ki, bəzən soyuducuların təmiri zamanı bir qədər baha başa gələn təmir növləri ilə rastlaşa bilirsiniz. Misal üçün, soyuducunun hər hansı bir ehtiyat hissəsinin yenisi ilə əvəzlənməsi. Əgər avadanlığı qoşduğunuz zaman səciyyəvi səsi eşitmirsinizsə və yandırılıb-söndürülmə arasında vaxt daha qısadırsa, deməli soyuducunuzun kompressorunu dəyişməyə ehtiyac vardır.

Bu problemin yaranma səbəbi texnikanın quraşdırılması zamanı elektrik şəbəkəsində uyğun olmayan cərəyan, mühərrikin deformasiyası və ya mexaniki zədələnməsi, freonun sızması, kapilyar borusunun tıxanması və s. ola bilər.

Məlumdur ki, kompressorun dəyişdirilmə qiyməti soyuducunun növündən, ehtiyat hissə istehsalçısından, tələb olunan soyuducu elementin miqdarından, təmirin evdə və ya servis mərkəzində aparılacağından, təmir zamanı istifadə ediləcək kompleks şəkildə olan avadanlıq və alətlərdən asılı olacaqdır.

Bizim ustalarımız bütün brendlərdən olan soyuducuların təmiri ilə iş təcrübəsinə malikdirlər, yalnız lisenziyası olan məhsullardan istifadə edirlər və Sizə uyğun vaxtda yaxınlaşaraq tez bir zamanda və keyfiyyətli şəkildə soyuducunuzu təmir edirlər!

    Sifariş formu

    Sifarişi göndərin biz zəng edək


      ZƏMANƏT VERİRİK

    • Müştəri qarşısında maliyyə zəmanəti
    • Üstün keyfiyyət və sənətkarlıq
    • Təqdim etdiyimiz Layihələrdə üstün Keyfiyyət
    • Vaxtında təhvil verilmə
    • Hər büdcəyə uyğun təkliflərin verilməsi
    • Müştəri məmnuniyyətinin əsas meyar olması


    Digər USTA XİDMƏTLƏRİNDƏN fərqimiz

    Usta Təmir şirkəti olaraq peşəkar ustalarla çalışırıq. Hər bir ustamız öz sahəsi üzrə ən azı 15 illik təcrübəyə malikdir. müştəriləri məmnun etmək üçün ustalarla mütəmadi ixtisas artırma və izahedici işlər aparılır.

    Hər sifarişə elə diqqətlə yanaşırıq ki, müştəri təkrar təkrar bizi seçsin. Cari, kompleks təmir və digər iri həcmli işlər zamanı sadəcə ustalar səviyyəsində iş aparılmır. Mühəndis, dizayner və digər mütəxəssislər cəlb olunur.

    © Copyright 2020 UstaTemir.az